09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə prezidenti: "Məsələ güclü olduğunuzdan asılıdır, əgər güclüsənsə..."

28.03.2018

"Hər şey əladır, bütün çətinliklər geridə qaldı” deməklə özümüzü aldatmış olarıq.
"Dövran Media" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi ilə aparılan müzakirələr barədə danışarkən deyib.
"Liderlər səviyyəsində görüş, masaya əyləşib, səmimi şəkildə müzakirə aparmaq önəmli idi. Dialoqu davam etdirmək və münasibətləri yaxşılaşdırmaq barədə razılıqlar var. Ancaq əvvəl-axır məsələ ölkə olaraq nə qədər güclü olduğunuzdan asılıdır. Əgər güclüsənsə, onda proseslər də daha fərqli şəkildə inkişaf edir. Məncə, müsbət dəyişikliklər "Fərat qalxanı”nın, "Zeytun budağı”nın, şəhidlərimizin, qazilərimizin bərəkətidir”, - Ərdoğan bildirib.
Qeyd edək ki, 26 martda Bolqarıstanın Varna şəhərində Türkiyə-AB zirvəsi keçirilmişdi.