05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Emin Milli Əli İnsanovu yıxdı-sürüdü

06.05.2019

Ötən ay Meydan TV-nin rəhbəri postundan istefa verən Emin Milli Kənd Təsərrüfatı naziri İnam Kərimov və keçmiş səhiyyə naziri Əli İnsanov haqqında sensasion məlumat paylaşıb.
Feysbuk hesabında İnam Kərimovu Azərbaycana keyfiyyətli xidmət edən məmur kimi təqdim edən Emin Milli Əli İnsanovun səhiyyəmizi məhv edən nazir kimi yaddaşda qaldığını qeyd edib.
"İnam Kərimov həm Azərbaycan dövlətinə, həm Azərbaycan vətəndaşlarına və cəmiyyətimizə ən çox və keyfiyyətli xidmət edən məmurlardan biridir. ASAN eksperimenti göstərdi ki, İnam Kərimov kimi məmurlara iş tapşıranda və siyasi olaraq onun arxasında duranda, Azərbaycanda istənilən sahəni tez bir zamanda dəyişmək və inkişaf etdirmək olar. Belə məmurların sayı hökumətin içində ən yüksək vəzifələrdən tutmuş ən kiçik vəzifələrə qədər artsa, bu həm hökumətin, həm də bütün xalqın xeyrinə olacaq.
Amma belə məmurların məmur kimi qazandıqları inamı, etibarı və hörməti Əli İnsanov kimi mənasız insanlara xərcləməsi lazım deyil. Əli İnsanov Azərbaycan səhiyyəsini məhv edən bir insandır. Onun nə tip insan olduğunu bütün xalq bilir. Əli İnsanovun dərdini indi müxalifət çəkməlidir. İnsanov səviyyəsində olan bir insanla görüşmək, bir sırada durmaq belə iyrəncdir”.
Qeyd edək ki, ötən gün İnam Kərimov Əli İnsanovun öz-özü ilə mübarizə apardığını, Heydər Əliyevin ruhuna xəyanət etdiyini bildirib.