03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tokayev prezidentliyə namizəd oldu

03.05.2019

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası ölkənin müvəqqəti başçısı Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyini qeydiyyata alıb.
Bu haqda Tengrinews.kz yazır.
Tokayev bununla da Qazaxıstanda prezidentliyə ilk rəsmi namizəd olub.
Namizədliyin qeydiyyata alınması üçün onun bütün lazımi sənədləri təqdim etdiyi, ümumilikdə Qazaxıstanın 17 bölgəsindən 313 653 imzanın toplandığı bildirilir.
Xatırladaq ki, bundan əvvəl Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Nur Otan partiyasının qurultayında Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyinin irəli sürülməsini təklif etmişdi. Onun təklifi səsvermədə yekdilliklə qəbul olunmuşdu.
Qeyd edək ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-da keçiriləcək.