25 08 2025-cu il Bakı 26 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Qızıl qlobus”un qalibləri məlum olub

08.01.2018

Los-Ancelesdə "Qızıl qlobus” mükafatının 75-ci təqdimetmə mərasimi keçirilib.

"Ən yaxşı dramatik film” üzrə mükafatı Martin Makdonaxın "Ebbinq, Missura sərhədində 3 bilbord" filmi qazanıb. Həmin film eyni zamanda ən yaxşı ssenari nominasiyasında mükafata layiq görülüb. "Qızıl qlobus” mükafatını "Ən yaxşı rejissor” nominasiyası üzrə Gilyermo del Toro əldə edib.

Qori Oldman "Qaranlıq zamanlar”, Frensis Makdormand "Ebbinq, Missura sərhədində 3 bilbord" filmlərinə görə "Ən yaxşı aktyor” nominasiyasında qalib olublar.

Bu dəfə mükafata sahib olan "Ledi Berd" filmi "Ən yaxşı komediya filmi", Ən böyük balaca yalan" ekran əsəri isə "Ən yaxşı mini-serial" kimi qiymətləndirilib.

Qeyd edək ki, "Qızıl qlobus" 1944-cü ildən etibarən təqdim edilən amerikan kino mükafatıdır./apa/