03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milyarder statusunu itirir

03.05.2019

Rusiyalı milyarderlərin sərvəti cari ilin ilk dörd ayı ərzində 26,5 milyard dollar artıb.
Bu məlumatı "RİA Novosti” agentliyi "Blomberq Billionaires İndeks” reytinqinə əsasən yayıb.
Siyahıda ilk yerdə "Novateka” şirkətinin rəhbəri Leonid Mixelson yer alıb. 4 ay ərzində onun sərvəti 2,63 milyard dollar artaraq, 22,1 milyard dollara çatıb.
İlk üçlüyü Vladimir Potanin və Vladimir Lisin qapadıb. Belə ki, birinci sərvətini 2,09 milyard dollar artıraraq, 21,7 milyard dollara, ikinci isə 3,24 milyard dollar artıraraq, 21,1 milyard dollara çatdırıb.
Onların ən yaxın izləyicisi 1,58 milyard dollar gəlirlə Aleksey Mordaşov olub. Mordaşovun sərvəti 19 milyard dollara yüksəlib.
Əslən azərbaycanlı Vahid Ələkbərov isə ən zəngin üçüncü rusiyalı statusunu itirib. Belə ki, onun sərvəti dörd ay ərzində 2,74 milyard dollar artaraq, 18,8 milyard dollara çatıb.