04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zurabişviliyə qarşı impiçment tələbi

02.05.2019

Gürcüstan parlamentinin binasında "Rusiya işğalçıdır” vətəndaş hərəkatının üzvləri Prezident Salome Zurabişviliyə qarşı impiçment tələbi ilə aksiya keçiriblər.
Aksiya "Prezidentə qırmızı kart” şüarı altında baş tutub.
İştirakçılar bildiriblər ki, S.Zurabişvilinin son bəyanatı ölkənin imicinə ciddi zərbə vurub.
"Rusiya işğalçıdır” vətəndaş hərəkatı eyni tələb və şüarla mayın 4-də Tbilisidə prezidentin Atoneli küçəsində yerləşən iqamətgahının qarşısında da aksiya keçirəcəklər.
Təşkilatçıların bildirdiyinə görə, S.Zurabişvilinin son bəyanatı dövlət əleyhinədir və Rusiyanın işğalçılıq siyasəti ilə üst-üstə düşür.
Qeyd edək ki, ötən gün S.Zurabişvili "Amerikanın səsi”nin gürcü dilli redaksiyasına müsahibəsində ABŞ-ın Gürcüstanda hərbi baza yerləşdirməsinin məqsədəuyğun olmadığını bildirib./report/