09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Çingiz Mustafayev: "...türk bayrağını dalğalandırmaq istəyirəm"

02.05.2019

"Xoreoqrafiya, vokal və səhnə tam istədiyim kimi oldu. Həyəcanlanmasam, potensialımı göstərə bilsəm, qardaşlarımızın dəstəyi ilə bu il "Eurovision”un qalibi Azərbaycan olacaq”.
Bu sözləri "Eurovision 2019” təmsilçimiz Çingiz Mustafayev türk mediasına müsahibəsində deyib.
O, üç aydır ciddi hazırlaşdığını bildirib:
"Məncə, "Eurovision” indiyədək belə şou görməyib. Türklərdən dəstək gözləyirəm. Dünyanın hər yerindədirlər. Mənə dəstək olsalar, qalib gələndə türk bayrağını dalğalandırmaq istəyirəm. Türk dünyasını təkcə mən təmsil edirəm. Çox həyəcanlıyam, mahnımın sonunda muğam oxuyacam. Bu, Azərbaycan və Türkiyə musiqisini ən az 300 milyon insana çatdırmaqdır və gözəl hisslərdir”.
Qeyd edək ki, ifaçı Azərbaycanı "Truth” mahnısı ilə təmsil edəcək.