25 08 2025-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Bakının əsas yük terminalı işini saxladı

02.05.2019

Bakının mərkəzində yerləşən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin əsas yük terminalı fəaliyyətini dayandırıb.
"Dövran Media" bu barədə Trend-ə istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, terminalın bütün əməliyyatları Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçiriləcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin 18 oktyabr 2007-ci il tarixli sərəncamı ilə əsas yük Terminalı ərazisinin ekoloji baxımdan sağlamlaşdırılması, dənizkənarı milli parkın ərazisinin genişləndirilməsi, şəhərdə nəqliyyat sıxlığının qismən aradan qaldırılmasını təmin etmək üçün mövcud liman kompleksinin Ələtdəki yeni Bakı Limanına köçürülməsinə qərar verilib.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nın ilkin mərhələdə yükaşırma qabiliyyəti ildə 15 milyon ton, o cümlədən 100 min konteyner təşkil edəcək.