03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan İttifaqdan çıxsa... – özünə ziyandır

02.05.2019

Ermənistana Avrasiya İttifaqından çıxmağa heç nə mane olmur, lakin hakimiyyətdə olan amerikayönlü siyasətçi bu addımı atmır. O anlayır ki, Ermənistanın Avrasiya İttifaqından çıxması ilk növbədə ölkənin özünə ziyandır.
Bunu "Tert.am”a açıqlamasında Rusiya Ali İqtisadiyyat Məktəbinin professoru Oleq Matveyçev deyib.
"Əgər kimsə düşünürsə ki, Ermənistanın xeyrinə pulsuz möcüzə baş verəcək, Avrasiya İttifaqı məhdudiyyətsiz yardımlar göstərəcək, o zaman çox yanılır. Bu, gömrük ittifaqıdır. Əgər Ermənistana Avrasiya İttifaqı sərfəli olmasaydı, o buradan çıxa bilərdi.
Ermənistan buradan çıxsa belə, Moskvanın ona heç bir cavabı olmayacaq. Avrasiya İttifaqı Ermənistana imkan verir ki, qazı Rusiyadan daxili qiymətlərlə alsın. Avrasiya İttifaqından çıxdıqdan sonra Ermənistan qaza görə daha çox ödəniş etməli olacaq, tərəvəzlər bahalaşacaq. Ermənistan bunu istəyirmi? Avrasiya İttifaqından çıxdıqdan sonra Ermənistan öz mallarının ixracı üçün əlavə gömrük rüsumları verməli olacaq. Bəs Ermənistan bunu istəyirmi? Rusiya heç bir cavab verməyəcək, İrəvanın çıxışla bağlı qəbul etdiyi qərarın özü ona cavab olacaq. Heç kim addıma görə cəzalandırılmayacaq, sadəcə zərəri çox böyük olacaq”, – deyə o bildirib.