04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Medvedyev Paşinyanı biabır elədi - VİDEO

02.05.2019

Rusiyanın Baş naziri Dmitri Medvedyev Ermənistanın Baş naziri Nikol Paşinyana lağ edib.
Teleqraf.com xəbər verir ki, diplomatik etika çərçivəsindən kənara çıxan kuryoz hadisə İrəvanda baş verib.
"Əgər heç bir sual yoxdursa, dostlar, biz artıq keçə bilərik...” – Paşinyan Medvedyevin üzünə baxaraq pauza götürüb.
Cavab olaraq Dmitri Medvedyev gözlənilmədən "yox” deyib və sonra "Bəs, hara keçək”, deyə soruşub.
"Bizim imzalanma proseduruna görə... imzalamaya keçək artıq”, – deyən Paşinyan hansı axmaq vəziyyətə düşdüyünü anlayıb.
Bütün bu müddət ərzində Rusiya nümayəndə heyəti istehzalı gülüşünü çətinliklə saxlaya bilib. Sonda Dmitri Medvedyevin gülməkdən özünü saxlaya bilməməsi bütün nümayəndə heyətinə təsir edib və hamı gülməyə başlayıb.