04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropa Liqasının final oyununun biletləri SATILIR

02.05.2019

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa biletlər məhdud sayda satışa çıxarılıb.
Təşkilat Komitəsindən verilən məlumata görə, bu gündən 5000 bilet satışda olacaq. Futbolsevərlər şəxsiyyət vəsiqələri ilə iTicket.az-ın "Gənclik Mall” və "Port Baku Mall”da yerləşən kassalarına yaxınlaşaraq bilet əldə edə bilərlər.
Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 280 AZN (140 AVRO), ikinci kateqoriya 180 AZN (90 AVRO), üçüncü kateqoriya 100 AZN (50 AVRO), dördüncü kateqoriya isə 60 AZN (30 AVRO) dəyərində olacaq.
Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet əldə edə bilər. Xatırladaq ki, adına bilet alacağınız şəxslərin də şəxsiyyət vəsiqələrini təqdim etməyiniz mütləqdir.