25 08 2025-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Şahzadənin rüşvət təklifi

02.05.2019

KİV-in məlumatına görə,Səudiyyə vəliəhdi Məhəmməd bin Salman Fələstin lideri Mahmud Abbasa "Əsrin müqaviləsi” layihəsini qəbul etməsi üçün 10 milyard dollar təklif edib.
"Yerusəlim Post” xəbər verir ki,  Məhəmməd bin Salman və Mahmud Abbas arasında keçirilən görüşdə Fələstin hökumətinin illik 1 milyard dollarlıq xərcinin olduğunu öyrənən vəliəhd müqavilə imzalamağı qəbul edəcəyi halda Abbasa 10 il ərzində 10 milyard dollar ödəməyi təklif edib.
Fələstin lideri Mahmud Abbas isə sözügedən qərarın siyasi kariyerasına son qoya biləcəyi düşüncəsi ilə təklifi rədd edib.
Qeyd edək ki, "Əsrin müqaviləsi” layihəsinin Ramazan ayından sonra açıqlanması gözlənilir.