29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DİQQƏT: Bu yollarda xətlənmə işləri aparılır

01.05.2019

Bakı şəhəri, Heydər Əliyev prospektinin Qara Qarayev prospekti və Bəşir Bünyadov küçələri ilə kəsişməsində bu gün axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.
Bundan başqa, analoji işlər axşam saat 22:00-dan səhər saatlarına kimi isə Heydər Əliyev prospektinin hər iki istiqamət üzrə köməkçi yolarında da aparılacaq.
Sürücülərdən göstərilən saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.