29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zurabişvili: 38-ci ilin xəritələrinə əsasən...

01.05.2019

Azərbaycanla sərhəd məsələsinin zamanında həll olunmasına ehtiyac var.
"Dövran Media" Report-a istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili "Amerikanın səsi” radiosunun gürcü dili redaksiyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, Gürcüstanın bu məsələ ilə bağlı təsəvvürü var: "Lakin mən detalları açıqlamayacağam. Sovet İttifaqının sonuna yaxın, 1938-ci ilin xəritələrinə əsasən inzibati sərhəd olan sərhəd mövcud idi. O zamandan sonra yeni xəritələr olmayıb. Hüquqi prinsiplərdən çıxış edərək, bu, adi qərardır. Daha sonra bu barədə razılığa gəlmək olar. Yekun olaraq mövqe elə də kəskin olmur, lakin bu, bizim ilkin mövqeyimizdir və bizim dostlarımıza məlumdur”.
S.Zurabişvili həmçinin Keşikçi Dağı (David Qareci) məbədinə ziyarətinə də aydınlıq gətirib: "Yeni bir şeyin baş verdiyini demək düzgün deyil. Mən məbədi əvvəllər də ziyarət etmişəm. Tarixi düşüncəli vətənpərvər olduqlarını iddia edən şəxslərin məbədə ziyarətimi müəyyən təxribatın tərkib hissəsi olduğunu bildirmələrinə çox təəccüblənirəm. Prezident ölkədə olan hər hansı bir yerə səfər etməməlidir? Bəzi reaksiyalara çox təəccüblənirəm”.