09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qovulan diplomatlar və böyük savaşın başlanğıcı: Nostradamusun DEDİKLƏRİ

27.03.2018

Skripal olayı və Rusiyaya qarşı ABŞ da daxil olmaqla, Avropa Birliyi ölkələrinin tutduğu mövqe və rus diplomatların ölkədən qovulması narahatlıqla izlənilir. Supergüclər arasında ixtilafın dərinləşməsi və bədbin proqnozlar isə bir daha öngörüləri gündəmə gətirib.
"Dövran Media" xəbər verir ki, ötən gündən başlayaraq, dünya mediası məşhur kahin Nostradamusun III Dünya müharibəsi ilə bağlı öngörülərini növbəti dəfə incələməyə başlayıb.
Qeyd edilir ki, III Dünya müharibəsinin nə vaxt və hansı şəraitdə baş verəcəyi barədə ehtimallar Nostradamusun "Les Prophrties” adlı kitabında bəhs edilən ən diqqətçəkən öncəgörmələrdən biridir. Nostradamusun sözlərinə inansaq, artıq 2018-ci ildə III Dünya müharibəsinin başlamasına səbəb ola biləcək bəzi hadisələr baş verəcək.
Maraqlıdır ki, Nastradamus müharibənin Almaniya və Fransadan başlayacağını söyləyib.
Onun sözlərinə görə, yeni başlayacaq müharibə nə az, nə çox - 27 il davam edəcək. Nostradumusun bu öncəgörməsinin izahını verən bəzi tədqiqatçılar bildirib ki, böyük savaş Çin, Rusiya, Şimali Koreya ittifaqı ilə ABŞ arasında baş verəcək.
Nostradamusa görə, müharibə zamanı böyük bir böhran yaşanacaq. Bu böhran zamanı "Varlılar öləcək, ölülər diriləcək”.
Ümumiyyətlə, Nostradamus 2018-ci ilin böyük fəlakətlərlə müşayiət olunacağını bildirib. Məşhur kahinin sözlərinə görə, ABŞ-ın qərbində böyük bir zəlzələ baş verəcək və həmin zəlzələ beynəlxalq miqyasda fəlakətlərin başlanğıcı olacaq.
Maraqlısı budur ki, bununla paralel olaraq 2016-cı ildə ABŞ Geoloji Araşdırmalar qurumu ölkənin qərbində Kaskadiya bölgəsində seysmik aktivliyin müşahidə olunduğunu açıqlayıb. Elm adamları isə Kaskadiya bölgəsi ilə Kaliforniya seysmik xəttində uzun müddətdir 8 bal və daha yuxarı bir zəlzələnin baş vermədiyi məsələsinə diqqət yetiriblər.
Nostradamusun öncəgörmələrindən biri də İtaliyadakı Vezuvi vulkanı barədədir. O, 2018-ci ildə vulkanın püskürəcəyini, hər 5 dəqiqədən bir zəminin şiddətli şəkildə sarsılacağını və bunun nəticəsində 6 min insanın dünyasını dəyişəcəyini söyləyib.
2018-ci ilin fəlakətləri bununla da bitməyib. Nostradamus 2018-ci ildə nəhəng bir göy cisminin Yerlə toqquşacağını iddia edib. Bu öncəgörmə ilə bağlı kitabda bu ifadələrə yer verilib:
"Səmada görünəcək bir quyruqlu ulduzla bərabər böyük bir fəlakət baş verəcək. Nüvə terroru və ya təbii fəlakət nəticəsində planet sarsılacaq”.
Nostradamusun bu iddiasını da alimlər istisna etməyib. Lakin NASA hər hansı bir nəhəng səma cisminin ən azı qarşıdakı 100 il ərzində Yerlə toqquşmayacağını açıqlayıb.