09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı gənc "Forbes"in siyahısına düşdü

27.03.2018

Azərbaycanın gənc ixtiraçısı Reyhan Camalovanın adı "Forbes"in Sənaye, istehsalat və enerji sahəsində "30 yaşdan aşağı 30 gənc araşdırmaçı" siyahısına daxil edilib.
15 yaşlı bu gənc qız Azərbaycandan bu siyahıya düşən ilk şəxsdir. Qeyd edək ki, ümumilikdə siyahıya 29 şəxsin adı daxildir.
Bundan öncə də Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində iştirak etmişdi. O, bu sammitə yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusu ilə qatılmışdı.
Qurğu dörd əsas hissədən - yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.
"DM"