29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Salmanın bu addımını ABŞ və İsrail alqışlayıb - ŞOK

30.04.2019

Məscidlərdə yüksək səslə oxunan azan ətrafdakılara narahatlıq verə bilər, ona görə də səsi azaldılmalıdır.
Bu iddia ilə Səudiyyə Ərəbistanının İslam işləri naziri Əbdüllətif Əl Şeyx çıxış edib.Nazir azanın namazın vacib tələblərindən olduğunu, lakin imamların ətrafdakılara hörmət etməli olduğunu deyib.Nazirlik tərəfindən yayılan açıqlamada Əbdüllətif Əl Şeyx məsciddə səsləndirilən yüksək səsli azanın evində oturan və xəstə insanları narahat edə biləcəyi bildirilib. Açıqlamada bildirilib ki, bir məscidin azan səsi digər məscidlərin səsini üstələyir.
"İnsanlara Allahın evini sevdirmək lazımdır. Məscidlərdə mənəviyyat və səssizlik hakim olmalıdır, insanları narahat etməməliyik”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman mülayim İslama qayıdacaqlarını açıqlamışdı. Şahzadə ifratın aradan qaldırılacağını və dəyişikliklərin olacağını xəbərdarlıq etmişdi. Salmanın bu təlimatları ABŞ və İsrail tərəfindən alqışlanmışdı.