29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xurma bahalaşdı

30.04.2019

İranın Milli Xurma Assosiasiyasının katibi Əli Əsğər Musəvi deyib ki, xurma yığımı mövsümündə dəllallar hər 1 kq xurmanı sadəcə 15-30 riala (təxminən 0,35-0,71 dollar) təsərrüfatçılardan satın alır, sonrakı aylarda, əsasən də Ramazan ayında qiyməti süni şəkildə artırırlar. 
Xurmanın bir kiloqramı 300-350 min riala (təxminən 7,14-8,33 dollar) satılır.1 kq xurmanın real qiyməti isə 40-50 min rialdır (təxminən 0,95-1,19 dollar).
Statistikaya əsasən, İranda 500-550 min ton xurma istifadə edilir. İran xurmasının əsas hissəsi dünya bazarlarına ixrac edilir. Bazarda qiymətlərə nəzarət etməyin yollarından birini Xurma Fondunun yaradılması hesab edən mütəxəssisin sözlərinə görə, bu fond dəllalların müdaxiləsinin qarşısını alacaq və qiymətdə tarazlığa şərait yaradacaq.