Kərbəlada qum fırtınası: ölənlər var  - VİDEO 
    
                          
     
                         30.04.2019
 
    
                         İraqın cənub hissəsində qum fırtınası nəticəsində 5 nəfər ölüb, 80 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, İraq Səhiyyə Nazirliyi Kərbəla və Nəcəfdə qum fırtınasının daha güclü olduğunu açıqlayıb.
Kərbəlada 4, Nəcəf şəhərində isə 1 nəfər ölüb.
Qum fırtınası səbəbindən bina və divarların çökməsi də qeydə alınıb.