29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çin narkotikə görə ölüm hökmü verib

30.04.2019

Çin məhkəməsi Kanada vətəndaşı Fan Veyi narkotik vasitələrin istehsalı və qaçaqmalçılığı ilə bağlı edam cəzasına məhkum edib.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, hökm Çinin cənubunda yerləşən Quandun əyalətinin Szyanmen şəhərinin xalq məhkəməsi tərəfindən çıxarılıb. Bu, Çində il ərzində Kanada vətəndaşına ölüm hökmünün verildiyi ikinci hadisədir.
Kanadalı ilə yanaşı, vətəndaşlığı bildirilməyən U Cıpin də edam cəzasına məhkum edilib. Daha 5 əcnəbi – Mark adlı amerikalı, həmçinin Meksika vətəndaşları Leon, Pedro, Oskar və Karret iki il təxirə salınmaqla ölüm hökmü və ömürlük həbs cəzası alıblar.
Məhkəmə materiallarına əsasən, Fan Vey 2012-ci ilin martında cinayət ortaqları ilə birlikdə narkotik vasitələrin istehsalı və ticarəti ilə məşğul olmaq qərarına gəliblər. Onlar həmin ilin iyul ayından noyabra qədər Szyanmen şəhərinin Taysan rayonunda yerləşən qanunsuz sexlərində 63,8 kiloqram metamfetamin və 365,9 qram dimetamfetamin hazırlayıblar.
Bu il yanvar ayının əvvəllərində Çinin Lyaonun əyalətində yerləşən Dalyan şəhərinin orta pillə məhkəməsi Kanada vətəndaşı Robert Lloyd Şellenberqi narkotik qaçaqmalçılığına görə edam cəzasına məhkum etmişdi. Hadisə geniş beynəlxalq rezonansa səbəb olmuşdu. Kanada hakimiyyəti Çindən hökmü dəyişməyi xahiş etsə də, Pekin güzəştə getməmişdi.