28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı yenidən ev sahibliyi edəcək

30.04.2019

Azərbaycan Gimnastika Federasiyası ilin ən önəmli yarışlarından birinə hazırlaşır. Bakı 14 ildən sonra – sentyabrın 16-22-də bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Federasiyadan verilən xəbərə görə, Milli Gimnastika Arenasında 1 həftə boyunca öz güclərini sınayacaqlar. Həm fərdi gimnastlar, həm qrup hərəkətləri komandaları ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaq, həmçinin komanda hesabında da ən yaxşıların adları açıqlanacaq.
Qeyd edək ki, dünya çempionatı "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Çempionat yalnız medalçıları deyil, həm də Olimpiadaya namizədlərin adlarını da müəyyənləşdirəcək. Belə ki, fərdi proqramda çoxnövçülük üzrə ilk 16 yerdə qərarlaşan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaq. Qrup hərəkətləri komandalarına gəldikdə isə ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Bu ilin çempionatında isə çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.