29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyəni bu layihə xilas edəcək - SOCAR

29.04.2019

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi "SOCAR Turkey Enerji A.Ş” 2023-cü ildə Türkiyədə yeni bir neft-kimya kompleksi qurmağı planlaşdırır.
Bu sözləri SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, "SOCAR Turkey”-in direktorlar şurasının sədri Vaqif Əliyev danışıb.
Onun sözlərinə görə, yeni layihə ilə bağlı investisiyaların həcmi 1.8 milyard dollara çatacaq. Layihənin həyata keçirilməsi üçün Britaniyanın BP şirkəti ilə birgə müəssisənin yaradılması planlaşdırılır. Yeni müəssisənin təməlqoyma mərasimi 2019-cu ilin sonu 2020-ci ilin əvvəllərinə nəzərdə tutulub.
"Yeni müəssisə Türkiyəni milyon ton saf tereftal turşusu idxalından xilas edəcək. Bundan əlavə, Türkiyə özü 800 min ton həcmində paraksilol istehsal edə biləcək”, - Əliyev bildirib.