04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Restoran işçisi cərimələndi - SƏBƏB

29.04.2019

Bakının Nizami rayonu ərazisində keçirilən reyd zamanı Babək prospektində yerləşən "Piano palas” şadlıq sarayının yaxınlığında məişət tullantılarının zibil konteynerlərinin ətrafına atılaraq ərazidə natəmizlik və antisanitar vəziyyətin yaradılması aşkar edilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı məişət tullantılarının bura "Piano palas” şadlıq sarayının işçiləri tərəfindən atıldığı müəyyən olunub.
Görülən tədbirlər nəticəsində ərazidə təmizlik yaradılmış, pozuntulara yol vermiş şadlıq sarayının məsul nümayəndəsi Ruslan Əkbərov cərimələnib, obyektin sahibinə ciddi xəbərdarlıq edilib.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu gün şəhərin təmizliyi, abadlığının lazımi səviyyədə saxlanılması üçün çox böyük işlər görülür: "Lakin, təəssüf olsun ki, bəzi insanlar buna biganəlik göstərirlər. Şəhərin təmizliyinin qorunması üçün bu reydlər hər gün keçiriləcək və paytaxtın sanitar vəziyyətinə xələl gətirənlər, o cümlədən belə işlərə rəvac verən ictimai-iaşə və digər obyektlərin sahibləri və məsul şəxslərinə qarşı ən ciddi cəza tədbirləri görüləcək".