06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağda olan insan qırğını soyqırımı deyilmi?!

27.04.2019

Erməni məsələsində və terrorçuluqla mübarizədə Türkiyəyə insan haqları və demokratiya dərsi verməyə çalışanların hər birinin qanlı keçmişi var. 
Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Ankarada keçirilən 28-ci Məsləhət və Qiymətləndirmə toplantısında səsləndirib.
"Başda Fransa olmaqla, qondarma "erməni soyqırımı” iddiaları illə bağlı səsləndirilən fikirlərin həqiqətlə heç bir əlaqəsi yoxdur. Fransızlar bizə dərs vermək istəyir. Əlcəzairdə milyon yarım, Ruandada 800 min insanın ölümünə bais olanlar fransızlardır. Son yarım əsrdə Qarabağda, İraqda, Fələstində, Suriyada, Bosniyada, Arakanda olan insan qırğınları soyqırımı deyilmi? 
İnsanların və insanlığın müdafiəsində Türkiyənin başı ucadır və bizim bundan geri addım atmağımız da mümkün deyil. Bu gün Suriya, İraq və Afrikada öldürülən milyonlarla insanın qatilinin kimlər olduğunu deməyə ehtiyac yoxdur.
Qətliam, soyqırımı, işgəncələrin, insanlıq cinayətlərinin araşdırılması zamanı bu hadisələrə səbəb olanların bu gün bizə insan haqları və demokratiya dərsi verməyə çalışanların olduğunu görəcəyik”, - Ərdoğan bildirib.