28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu kanaldan Azərbaycana qarşı təxribat

27.04.2019

Rusiyanın ən böyük televiziya kanallarından biri olan "Pervıy kanal" (keçmiş ORT) Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edib.
"Pervıy kanal"da yayımlanan  məşhur "Uşaqların səsi" ("Qolos Deti") proqramının 6-cı buraxılışında Xankəndi şəhərindən gələn Mixail Qriqoryan adlı məktəbli də iştirak edib.
"Pervıy kanal" da yayımlanan və Svetlana Loboda, Pelaqeya və Valeri Meladze kimi məşhur şəxslərin  münsif olduğu "Uşaqların səsi" adlı musiqi yarşımasının finalına çıxan Mixail Qriqoryan haqqında xüsusi reportaj hazırlanıb.
Dağlıq Qarabağa səfər edən "Pervıy kanal"ın çəkiliş qrupu Xankəndi və Şuşadan görüntülər yayıb. Yayılan görüntülərdə qondarma "Artsax" respublikasının hərbçiləri və bayrağı əks olunub. Eyni zamanda Mixail Qriqoryan özünü təqdim edərkən bildirir ki, mən Ermənistanın Stepanakert şəhərində anadan olmuşam.
Reportajda Şuşada inşa olunan "Surb Kazançeçoç" kilsəsini və "Nənə və Baba" abidələrini nümayiş etdirərək Dağlıq Qarabağın ermənilərə məxsusluğu barədə tamaşaçılarda rəy yaratmağa cəhd edilib.
Məlumat üçün bildirək ki, Moskvada fəaliyyət göstərən "Pervıy kanal" ("Birinci Kanal") Rusiyanın və keçmiş SSRİ-nin ilk televiziya kanalı hesab olunur. 1951-ci ildə yaradılan kanal "SSRİ Mərkəzi Televizyası" adlanıb. 1991-ci ildən "Ostankino", 1995-ci ildən etibarən isə ORT (İctimai Rusiya Televizyası) adlandırılıb. 2002-ci ildən bugünə kimi "Pervıy kanal" olaraq tanınır.