28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

27.04.2019

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi arabir güclənəcək
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 18-21 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında isə hava, əsasən, yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti təşkil edəcək.