28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Formula-1”in ikinci günü başladı

27.04.2019

Bu gün Bakıda "Formula-1” Azərbaycan Qran Prisinin ikinci yarış günü başlayır.
Aprelin 27-də Bakı Şəhər Halqasında "Formula-2” bolidlərinin paradı, sonra isə birinci yarışı keçiriləcək.
Bundan başqa, Bakı trekində "Formula-1” bolidlərinin üçüncü sərbəst yürüşü və sıralama turu baş tutacaq.
Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi tanınmış pilotlar var.
Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən "Formula-1” yarışları aprelin 28-dək davam edəcək
Xatırladaq ki, "Formula-1” Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti "Azadlıq” meydanındadır.
2016-cı ildə "Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda "Formula-1” yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.