28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Samsung-un yeni Galaxy A smartfon seriyası

27.04.2019

Son iki ay ərzində Samsung geniş kütləyə Galaxy A seriyasının bütün  modellərini təqdim edib. Yeni məhsul xətti "sərhədsiz" displey, əla kamera və daktiloskopik skaner növləri ilə fərqlənir.
Galaxy A model seriyasında hər bir istəyi qarşılaya bilən fərqli modellər təqdim edilmişdir.
Belə ki, məhsul xəttinin ilk təmsilçiləri olan Galaxy A10 və А20 Infinity-V displeyi ilə təchiz edilmişdirlər. Samsung А10-un əsas kamerası tək modul ilə təmsil olunmasına baxmayaraq, 13 MP-lik sensor geniş bucaqlı linza ilə təchiz olunmuşdur, Galaxy А20 kamerası isə ikili modul üzərində işləyən 13 MP-lik və ultra geniş 5MP-lik obyektivlərdən ibarətdir.  Lakin smartfonların ön kameraları olduqca oxşardır, belə ki, Galaxy A10 üçün bu 5 MP-lik, Galaxy A20 üçün isə - 8 MP-lik obyektivlərdir. A10 "Face recognition" funksiyası, А20 isə korpusun arxa hissəsində yerləşən daktiloskopik skaner ilə təchiz olunmuşdur. Sözügedən smartfonları artıq əldə etmək mümkündür, belə ki, Galaxy A10  qiyməti -279 AZN, Galaxy A20 - 399 AZN təşkil edir.
Galaxy A30, А40  və А50, smartfonları Infinity- U dizaynlı Super AMOLED ekran ilə təchiz olunmuşdurlar. Cihazların yuxarı çərçivəsi frontal kamera üçün nəzərdə tutulmuş xırda çıxıntını ifadə edir, həmçinin smartfonların yan çərçivələri də olduqca ensizdir. Galaxy A30 və А 40 ikili əsas kameraya malik smartfonlardır, belə ki, obyektivlərdən biri 16 MP icazəli, digəri ultra geniş isə - 5MP icazəlidir. Lakin Galaxy A50 kamerasının iş prinsipi onlardan fərqli olaraq üçlü modul üzərində qurulub, bunlardan: 123 dərəcə baxış bucaqlı ultra geniş 8MP-lik,  günün istənilən vaxtında aydın və parlaq şəkillər əldə etmək üçün 25 MP-lik (F1.7) və təsvir dərinliyinin və dəqiqliyinin tənzimlənməsi üçün nəzərdə tutulmuş 5 MP-lik kameranı qeyd etmək olar. Əlavə olaraq, Galaxy A30 modelinin selfi kamerası - 16 MP-lik, Galaxy А40 və A50 isə 25 MP-lik obyektiv ilə təchiz olunmuşdur. Smartfonlar yerli bazarda artıq satışa çıxarılmışdır, belə ki, А30 dəyəri  - 499 AZN, А40 - 549 AZN və А50 - 649 AZN təşkil edir.
Smartfonlar biri birindən, həmçinin barmaq izi skaneri tipi ilə fərqlənir. Galaxy A30 və А40 modellərində ənənəvi olaraq daktiloskopik skaner korpusun arxa hissəsində yerləşdirilib, Galaxy A50-də bu skaner bir başa displeyə əlavə edilmişdir.
Samsung Galaxy A70 2400 х 1080 piksel icazəli 6,7" Inifinity U  displeyi ilə fərqlənir. Smartfonun arxa hissəsində üç modullu əsas kamera yerləşdirilib. Belə ki, üst kamera - dərinlik sensorlu, ortancıl - f / 1,7 diafraqmalı 32 MP, üçüncü isə f / 2,2 diafraqmalı 8MP-lik geniş bucaqlı obyektiv ilə təmsil olunub. Həmçinin, qeyd etmək lazımdır ki, A70 saniyədə 240 kadr sürəti ilə Full HD keyfiyyətli video çəkməyə qadirdir. Galaxy A70 korpusunda barmaq izi skaneri qeyd edilməmişdir, belə ki, burada da A50 moddelində olduğu kimi, daktiloskopik sensor ekran üzərində yerləşdirilmişdir.
Galaxy A80 modelini yeni məhsul xəttinin şah əsəri kimi qəbul etmək olar. Smartfon "çevrilən" kamerası ilə hər kəsi heyrətləndirmişdir. Belə ki, A80 korpusu axarlıqla yuxarı istiqamətdə qalxır və kamera avtomatik olaraq öz oxu ətrafında dövr edir. Tamamilə düzdür, smartfonda yalnız bir dəst kamera nəzərdə tutulub, beləliklə, burada əsas modul həm də selfi kamerası rolunu oynayır. A80 ön hissəsinin tam olaraq displey ilə örtülməsi belə bir təkmilləşdirməni tələb edib. Burada fikrinizi yayındıra biləcək məqama rast gəlməyəcəksiniz, belə ki ekran üzərində nə selfi kamerası, nə danışıq dinamikləri nə də daktiloskopik skaner əks etdirilmişdir. Barmaq izi skaneri danışıq dinamikləri ilə birlikdə, ekranın altında yerləşdirilib. Qeyd edək ki,  A80 modeli Azərbaycan bazarında İyun ayından mövcud olaraq, qiyməti isə - 1349 AZN təşkil edəcək,  А70 smartfonunu isə Aprel ayının sonundan əldə etmək mümkün olacaq, cihazın qiyməti - 849 AZN təşkil edəcək.
Yeni Galaxy A xəttinin smartfonları haqqında ətraflı məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.