28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Keçmiş icra başçısı azadlığa çıxdı

26.04.2019

Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərova hökm oxunub.
Hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə M.Səfərova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, M.Səfərov R.Bayramovla birgə vətəndaş Fərabi Mənsurun evini dələduzluq yolu ilə ələ keçirərək ona 60 min manat ziyan vurmaqda təqsirləndirilir.
Məhkəmə gedişatında dövlət ittihamçısı çıxış edərək M.Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəmişdi. Bundan sonra M.Səgərov bir neçə iclasa gəlməyib və məhkəməyə bu barədə rəsmi məlumat verməyib. Buna görə də Münsif Səfərov barəsindəki cinayət işi ayrıca icraata götürülüb və onun barəsində həbsli axtarış qərarı verilmişdi. Daha sonra ələ keçən keçmiş başçı həbs edilmişdi.