27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almanlar nə vaxt və necə təmizə çıxıblar - maraqlıdır

26.04.2019

Uzun müddət Almanlar zibili, ölü heyvanların külünü, sümüklərı mətbəxlərindən bir başa darvazanın ağzına və ya hara gəldi atırdılar. Nəticədə antisanitariya hökm sürürdü, müxtəlif növ xəstəliklər şəhərlərdə və kəndlərdə yayılırdı.
15-ci əsrdə, Vürttemberq qrafını bu qoxu bezdirdi və o, heyvanlar və insanlar tərəfindən istehsal edilən zibilin ən azı gecə saatlarında çaya və yaxud kənar bölgələrə aparılmağının qərarını verdi.
Əlbəttə ki, onlar qərarları unutdular, çünki onların həyata keçirilməsini yoxlamaq mümkün olmadı və hər bir saraya bir polis yerləşdirmək baha başa gəlirdi, rüşvəti ləğv etmək və qanunun icrasına nəzarət etmək çətin idi.
Bu zaman qraf yeni bir fərman verdi, nəticədə Şvabiya şəhərləri kəskin şəkildə təmizləndi. Fərmanın mahiyyəti belə idi: əgər qonşunuzun bir neçə həftə zibil təmizləməsə və siz bu haqqda məlumat verməsəniz, onda yalnız o cəzalandırılmayacaq, həm də siz cəzalandırılacaqsınız. Əgər bu barədə məlumatı ötürsəniz o zaman onun torpaqlarının bir hissəsinə iddia edə bilərsiniz. Nəticədə, hər şənbə günü hər kəs öz küçəsini təmizləyirdi ki, qonşulardan heç kəs onlar barədə xəbərçilik edə bilməsin.