28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dövlət başçıları iqtisadi-siyasi mesajlar verdilər

26.04.2019

Azərbaycanla münasibətlərin inkişafından razıyıq.
Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib. O, Əliyevlə görüşdən məmnun olduğunu bildirib.
Rusiya lideri Prezident İlham Əliyevin təşəbbüsü əsasında ticari-iqtisadi sferada qarşılıqlı fəaliyyət mexanizminin yaradıldığını da qeyd edib və bütün bunlardan məmnunluq ifadə edib.
İlham Əliyev isə öz növbəsində iki lider arasında görüşlərin münasibətlərin inkişafına ciddi impuls verdiyini bildirib. O, münasibətlərin iki ölkə arasındakı inkişafda hər bir sahəni əhatə etdiyini vurğulayıb.
Prezident həmçinin iki ölkə arasında aktiv siyasi dialoqun aparıldığını da qeyd edib. Azərbaycan Prezidenti bildirib ki, bu gün iki ölkə arasında qarşılıqlı münasibətlərin səviyyəsi ikitərəfli və regional gündəmdə olan çox məsələlərin həllinə imkan yaradır.