30 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Liderlərin danışıqları iki saat çəkib

25.04.2019

Rusiya Prezidenti Vladimir Putinin və KXDR Dövlət Şurasının sədri Kim Çen Inın təkbətək danışıqları iki saata yaxın davam edib.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, görüşün bu hissəsinə protokolda 50 dəqiqə nəzərdə tutulmuşdu. Danışıqlar bağlı qapılar arxasında keçib. Söhbətdə nümayəndə heyətlərinin üzvləri iştirak etməyib, liderlərin yanında yalnız tərcüməçilər olub.
Təkbətək danışıqların KİV nümayəndələri üçün açıq hissəsində Vladimir Putin əmin olduğunu bildirib ki, KXDR liderinin Rusiyaya səfəri Koreya yarımadasında vəziyyətin nizamlanmasına kömək göstərəcək. Onun həmsöhbəti də bu fikrə şərik çıxıb. Putin, həmçinin Şimali Koreyanın cənub qonşusu və ABŞ-la münasibətlərin normallaşdırılmasına yönələn səylərini alqışlayıb.
Sonra dövlət başçılarının görüşü geniş tərkibdə davam edib.
Rusiya KİV-lərinin məlumatına görə, liderlərin görüşlərinin yekunlarına dair birgə bəyanatlar verilməyəcək, sənədlər imzalanmayacaq. Lakin Rusiya Prezidentinin jurnalistlər qarşısına çıxaraq sammitlə bağlı təəssüratlarını bölüşəcəyi gözlənilir.