30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nur-Sultanda kritik danışıqlar başladı

25.04.2019

Qazaxıstanın Nur-Sultan şəhərində Astana formatı üzrə Suriya danışıqlarının növbəti raundu start götürüb.
Bu barədə RİA yazıb. Məlumata görə, danışıqların növbəti raundu Rusiya və İran nümayəndə heyətlərinin görüşü ilə başlayıb.
Moskvadan gələn nümayəndə heyətinə Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksey Lavrentyev, Tehrandan gələn nümayəndə heyətinə İran Xarici İşlər nazirinin siyasi məsələlər üzrə köməkçisi Əli Əsgər Hacı, Ankaradan gələn diplomatlara isə Xarici İşlər nazirinin müavini Sədat Onal rəhbərlik edir.
Danışıqlarda iştirak üçün həmçinin Qazaxıstan paytaxtına Suriya hökumətinin, silahlı müxaliflərin, müşahidəçi qismində İordaniyanın, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də gəliblər.
BMT-nin baş katibinin Suriya üzrə xüsusi elçisi Geyr Pedersenin də gün ərzində Qazaxıstan paytaxtına gəlməsi gözlənilir.