Şri-Lankada daha  bir partlayış 
    
                          
     
                         25.04.2019
 
    
                        Şri-Lanka paytaxtı Kolombodan 40 kilometr şərqdə yerləşən Puqoda rayonunda səhər saatlarında partlayış baş verib.
Bu barədə "News 1st” yerli polis rəsmilərinə istinadən məlumat yayıb.
Ölənlər və yaralılar barədə məlumat yoxdur. Hüquq-mühafizə orqanları insidentlə əlaqədar araşdırma aparır.
Xatırladaq ki, bazar günü Şri-Lanka kilsələri, hoteləri və digər ictimai yerlərdə törədilən silsilə partlayışlar nəticəsində 359 nəfər həyatını itirib, 520 nəfər yaralanıb.
Hücumlara görə İŞİD məsuliyyəti öz üzərinə götürüb.