06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Marşaldan Türkiyəyə inanılmaz xəyanət

23.04.2019

Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın nəzarətindəki parlament erməni soyqırımını tanıdığını bəyan edib.
Liviyanın şərqinə nəzarət edən parlament yaydığı bəyanatda 100 il öncə türklərin ermənilərə qarşı "soyqırım” həyata keçirdiyi deyilib.
Hələlik Türkiyə tərəfi bu bəyanatla bağlı rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, Liviyada xeyli müddətdir ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir. Ölkənin şərq hissəsinin hakimiyyəti Tripoliyə tabe olmaqdan boyun qaçırır və Liviya Milli Ordusunun komandanı Haftarla əməkdaşlıq edir.
Haftar bir müddət əvvəl Tripoli uğrunda müharibəyə başlayıb. Bu savaş getdiyi vaxt ABŞ Prezidenti Trampın ona zəngi və marşalı "terrorizmlə mübarizəyə” çağırması diqqət çəkib.