06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Ermənistana yeni nəsil qırıcılar göndərir

23.04.2019

Rusiyanın Ermənistanın Erebuni aerodromunda yerləşən 3624-cü hava bazası "4++” nəslindən olan "Su-30CM” qırıcları ilə təchiz olunacaq. Qırıcıların hazırda bazada olan "MiQ-29” təyyarələrini əvəzləyəcəyi bildirilir. Ümumilikdə 18 ədəd "Su-30CM” qırıcısının tədarükü planlaşdırılır.
Bu barədə TASS Rusiyanın Müdafiə Nazirliyindən olan mənbəyə istinadən məlumat yayıb.
Aviabazanın "Su-30 CM” qırıcıları ilə tədarükü iki mərhələli şəkildə 2020-2021-ci illərdə gerçəkləşdiriləcək.
Hazırda aviabazada pilotların təhkim olunduğu 18 ədəd "MiQ-29” qırıcısının hər birinin "Su-30CM” qırıcısı ilə əvəzlənəcəyi bildirilir.