06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şifrəniz bunlardan biridirsə, dərhal dəyişin

23.04.2019

Böyük Britaniyanın Kibertəhlükəsizlik üzrə Milli Mərkəzi virtual dələduzların müdaxiləsinə ən həssas olan, sadə dillə desək, ən "zəif” şifrələrin siyahısını dərc edib.
Siyahını hazırlayan zaman mütəxəssislər yüz minə yaxın şifrənin saxlanıldığı ictimai məlumatlar bazasını təhlil edib.
Ən "zəif” şifrə "123456” rəqəmlərindən ibarət şifrədir. Hesablamalara görə, bu şifrədən 23 milyondan çox insan istifadə edir. İkinci yerdə isə "123456789” (7,7 milyon istifadəçi) rəqəm ardıcıllığı gəlir.  
Üçüncü yerdə "QWERTY” klaviş kombinasiyası (3,8 milyon), dördüncü yerdə "password” (3,6 milyon) şifrəsi gəlir. İlk beşliyi isə "1111111” (3,1 milyon) tamamlayır.
Bundan başqa, ekspertlər qeyd edir ki, minlərlə istifadəçi şifrə olaraq sevimli futbol komandalarının adından istifadə edir.