29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şri Lanka terrorunu onlar törədib - QƏRAR

22.04.2019

Şri Lanka Prezidenti Maytripala Sirisena silsilə terror aktlarından sonra ölkə ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqi barədə qərar qəbul edib.
Fövqəladə vəziyyət rejimi aprelin 23-dən etibarən qüvvəyə minəcək. Yeni terror aktlarının qarşısının alınması və fövqəladə vəziyyət rejiminin tətbiqinə aid müvafiq normativ aktlar bir qədər sonra dərc olunacaq. Həmçinin prezidentin terror hücumları ilə bağlı təhqiqatın aparılması üçün xaricdən kömək istəyəcəyi də gözlənilir.
Bu arada "Deyli Mirror” qəzeti prezidentin mətbuat xidmətinə istinadla ölkənin Milli Təhlükəsizlik Şurasında ictimai təhlükəsizliyin təmin olunması üçün güc strukturlarının səlahiyyətlərini genişləndirmək barədə qərar qəbul olunduğunu yazıb. Yerli vaxtla saat 20:00-dan aprelin 23-ü saat 04:00-a qədər komendant saatı bərpa edilib.
"Assoşeyted Press" yazır ki, təhqiqatçılar insan cəsədlərini analiz edərək terror aktları seriyasının yeddi kamikadzenin həyata keçirdiyini bildirib.
Burada 8 partlayışdan 6-dan söhbət gedir. Kolombo şəhərində "Şanqri-La” otelinə hücumda iki, digər partlayışların hərəsində isə bir terrorçu-kamikadze iştirak edib.
Xatırladaq ki, ötən bazar günü pasxa bayramı zamanı Şri-Lankada törədilən partlayışlar seriyası nəticəsində azı 290 nəfər həlak olub, 500-ə yaxın insan isə yaralanıb. Həlak olanların arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Çin, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları da var.
Şri-Lanka ordusu təhlükəsizliyi təmin etmək üçün ölkənin paytaxtı Kolomboya mindən çox hərbçi göndərib. Hadisə ilə bağlı 24 nəfərin saxlanıldığı bildirilir. Hakimiyyət orqanları terror hücumlarında "Tövhid camaatı” qruplaşmasını ittiham edib.