Neftin qiyməti  kəskin bahalaşdı 
    
                          
     
                         22.04.2019
 
    
                        Dünya bazarlarında neft qiymətləri bu gün kəskin bahalaşıb.
 "Brent” markalı neftin bir barreli 1,64 dollar qalxaraq, 73,61 dollar olub.
VTİ markalı neftin barreli isə 1,41 dollar qalxıb və 65,41 dollara satılır.
Ekspertlər neftin bahalaşmasına səbəb kimi ABŞ-ın İrandan neft idxalına tətbiq etdiyi güzəştin ləğvinə hazırlaşmasını göstərib. Belə ki, bu gün Pompeonun İrandan 2 maydan etibarən neft idxalının tam dayandırılması üçün müraciət edəcəyi gözlənilir.