29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şri Lankada 8 TERAKT: 215 ölü - VİDEO

21.04.2019

Şri Lankada eyni anda 3 kilsə və 3 otel partladılıb.
Partlayışlar paytaxt Kolombo, Neqombo və Battikaloa şəhərlərində baş verib. Otel və kilsələrə hücum 08:45-də həyata keçirilib. Hücumlardan 4-ü paytaxt Kolombonun payına düşüb.
Terakt nəticəsində ölənlərin sayı 52, yaralıların sayı isə 280 nəfərə çatıb.
***
Şri Lankada otel və kilsələrdə baş verən partlayış nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb. 360 nəfər isə yaralanıb.
***
"Nyus 1ST” telekanalı partlayışlar nəticəsində ölənlərin sayının 185-ə çatdığını bildirib.
Kanalın məlumatına görə, ölənlərdən 35-i xarici ölkə vətəndaşıdır.
***
Şri Lankada daha iki partlayış baş verib.
Partlayışlardan biri ölkənin qərbində yerləşən Dehivala şəhərində törədilib. Nəticədə iki nəfər ölüb.
Polisin məlumatına görə, ölkədə 8-ci partlayış baş verib. Sonuncu partlayışla bağlı hələlik heç bir məlumat verilməyib.
***
Şri Lanka hökuməti ölkədə komendant saatı elan edib. Bununla bərabər ölkədə sosial şəbəkələr və messencerlərə giriş tam dayandırılıb.
Teraktın təşkilində şübhəli bilinərək 7 nəfər həbs edilib.
*
Şri Lankada partlayışlar nəticəsində ölənlərin sayı 207-yə çatıb. Yaralıların isə sayının 450 nəfər olduğu bildirilir.
***
Silsilə partlayışlar nəticəsində ölənlərin sayı 215 nəfərə çatıb.
Bu barədə "Nyus First” kanalı məlumat yayıb.