Türkiyə əsgərlərinin cəsədi tapıldı 
    
                          
     
                         24.03.2018
 
    
                        Türkiyə ordusunun "Zeytun budağı" əməliyyatı zamanı şəhid olan iki türk əsgərinin cəsədi tapılıb.
"Dövran Media" xəbər verir ki, əməliyyat zamanı Türkiyə ordusunun əsgərləri - Kaan Usta və Məhməd Muradoğlu itkin düşmüşdü. Hava şəraitinin əlverişli olmaması səbəbindən onların cəsədləri tapılmamışdı. Türk ordusu Afrində nəzarəti tam ələ keçirəndən sonra sözügedən şəhidlərin cəsədləri tapılıb.
Baş leytenant K. Usta və əsgər M. Muradoğlunun nəşi DNT analizinə göndərildikdən sonra ailələrinə təhvil veriləcək.