29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünya sürpriz ərəfəsində

20.04.2019

Ukraynada prezidentliyə namizədlər arasında ötən gün "Olimpiya” stadionunda keçirilən debatın nəticəsi ilə bağlı politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb.
Politoloq debatda Poroşenkonun qələbə çala bilmədiyini, Vladimir Zelenskinin məğlub olmadığını bildirib:
"Halbuki əvvəldən debat təklifi Poroşenkodan gəlmişdi. Hazırki prezident düşünürdü ki, siyasətdə naşı olan komediya artistini darmadağın edib birinci turun nəticəsinə görə aralarındakı fərqi azaldacaq. Alınmadı. Ona görə alınmadı ki, Poroşenkonun prezident olduğu illərdə səhvləri olub və Zelenski sualları ilə həmin nöqtələrə vururdu. Ancaq Zelenski də Ukraynanı necə inkişaf etdirəcəyinə dair heç nə deyə bilmədi. Çünki artistin konkret proqramı yoxdur. Ona görə də Zelenski debatın ən yaddaqalan və əvvəlcədən hazırlanmış fikrini bu şəkildə söylədi: "Cənab Poroşenko, mən siyasətçi deyiləm, mən sizin səhvlərinizin nəticəsiyəm".
Beləliklə, sabah seçkidir. Poroşenkonun "səhvlərinin nəticəsi" prezident olmağa yaxındır”.