09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Feysbuka qarşı kampaniya: Elan Mask da qoşuldu

24.03.2018

Elon Mask rəhbəri olduğu "SpaceX" və "Tesla" şirkətlərinin Feysbuk səhifələrini silib.
"Dövran Media" xəbər verir ki, Maskın belə addım atmasına səbəb Votsapın qurucusu Brayan Ektonun #Feysbukusil həştəqinə dəstək verməsi olub. Belə ki, Mask Tvitter hesabında "Feysbuk nədir?" (What’s Facebook?) deyə tvit paylaşıb.
Ardınca isə "SpaceX" və "Tesla" şirkətlərinin Feysbukdakı hesabları qapadılıb.
Qeyd edək ki, Kembric Analitik Şirkəti tərəfindən 50 milyon Feysbuk istifadəçisinin məlumatları qeyri-qanuni şəkildə istifadə edilib. Firma Donald Trampın seçki kampaniyasını internet üzərindən aparıb. Eyni zamanda, britaniyalı Breksit tərəfdarı olan siyasətçilərə soydaşlarını Avropa Birliyindən çıxmaqda inandırmaq məsələsində dəstəkləyib. İndi aydın olub ki, Feysbuk bu barədə məlumatlı olub, iki il ərzində bu qanun pozuntusu haqqında bir qərar verməyib.
Brayan Ekton bu məsələyə Tvitterdə belə bir reaksiya verib: "Artıq zamanı gəlib". O, bu cümləyə #Feysbukusil həştəqini əlavə edib.