09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransada İŞİD market işçilərini girov götürdü - ÖLƏNLƏR VAR +YENİLƏNİB

23.03.2018

Fransanın Treb şəhərində silahlı terrorçunun supermarketə hücumu zamanı 2 nəfər ölüb.
bu barədə yerli BFM TV-yə açıqlamasında şəhərin meri deyib. Yaralıların 12 nəfər olduğu və bütün girovların azad edildiyi bildirilir.
Hadisəyə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Bu barədə "Sky News Arabia” məlumat yayıb. Supermarketə daxil olan terrorçu İŞİD üzvü olduğunu bildirib. O, daha əvvəl qonşu Karkason şəhərində polisləri atəşə tutub, nəticədə 1 polis əməkdaşı yaralanıb.
Fransanın daxili işlər naziri Jerar Kolon hadisə yerinə gedəcəyini açıqlayıb. Prokurorluq fakt üzrə terrorçuluq maddəsi ilə təhqiqata başlayıb.
"DM"
***
Fransanın cənubunda yerləşən Trebes şəhərində naməlum şəxs supermarket işçilərini girov götürüb.
"Dövran Media" xəbər verir ki, "Frans Press” agentliyi market işçilərini girov götürən şəxsin İŞİD-lə əlaqəli olduğunu yazıb.
Məlumata görə, "Super U” adlı marketə daxil olan silahlı şəxs ətrafdakılara atəş açmağa başlayıb. Terrorçunun bir polis əməkdaşını yaraladığı bildirilib.