01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qaz və işıqla bağlı İşçi Qrupu yaradıldı

19.04.2019

Vətəndaşların qaz və elektrik enerjisi təchizatı üzrə şikayətlərinin araşdırılması və problemlərin operativ həlli ilə bağlı Energetika Nazirliyində "Azəriqaz” İB, "Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
Energetika Nazirliyindən verilən məlumata görə, nazir Pərviz Şahbazov əhalidən daxil olan müraciətlərin və qaldırılan məsələlərin həllinin nazirliyin nəzarətində olduğunu, bu istiqamətdə ümumi fəaliyyətin gücləndirilməsinin zəruriliyini bildirib. Nazirin müvafiq əmri ilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədi ilə energetika nazirinin müavini Elnur Soltanovun rəhbərliyi ilə "Azəriqaz” İB, "Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və nazirliyin struktur bölmələrinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.
Həmçinin vətəndaş şikayətlərinin təmin edilməsi ilə yanaşı, müvafiq müraciətlər üzrə təhlillərin və yerlərdə araşdırmaların aparılması, kompleks yanaşma əsasında problemi şərtləndirən amillərin aşkarlanması və tədbir görülməsi ilə bağlı tapşırıqlar verilib.