01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güclü külək fəsadlar yaratdı

19.04.2019

Bu gecə paytaxtda əsən güclü şimal-qərb küləyi fəsadlar yaradıb.
Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun  bildirib ki, güclü külək Bakıda iki ünvanda ağacları sındırıb:"Müraciətlər Xətai rayonunda qeydə alınıb. Sakinlər idarəyə müraciət edərək iki ünvanda ağacların sınmasını bildiriblər və əməkdaşlarımız hadisə yerinə cəlb olunublar. Hadisədə xəsarət alan olmayıb.".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bu gün havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11 dərəcə isti təşkil edəcək.