01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan üçün Şenqen vizasının qiyməti dəyişməyəcək

18.04.2019

2019-cu ilin sonuna qədər Şenqen ölkələrinə qısamüddətli vizanın qiyməti 60 avrodan 80 avroya qalxacaq.
Bu barədə Avropa Komissiyasının mətbuat xidməti bildirir ki, Avropa İttifaqının viza məcəlləsinə müvafiq dəyişikliklər ötən gün Avropa Parlamentinin deputatları tərəfindən qəbul edilib.
Məlumata görə, viza rüsumunun qalxması ilə əldə ediləcək gəlir daxili təhlükəsizliyin, viza mərkəzlərinin və konsulluqların texniki təminatına və dünyada Şengen ölkələrinin konsulluq əməkdaşlarının saxlanmasına sərf oluncaq.
Avropa İttifaqının Daxili İşlər, Miqrasiya və Vətəndaşlıq üzrə Komissarı Dimitris Avramopulos viza islahatını yüksək qiymətləndirərək bildirib ki, yeni qaydalar Aİ-nin təhlükəsizlik standartlarını gücləndirməyə yardım edəcək.
Azərbaycan üçün vizanın qiyməti dəyişməyəcək.