01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazarbayevə yeni titul tapıblar

18.04.2019

"Dövran Media” xəbər verir ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev, Avrasiya İqtisadi Birliyinin (AİB) fəxri sədri tituluna sahib ola bilər. 
"Kommersant" qəzetinin təşkilatdakı mənbəyə istinadən verdiyi məlumata görə, AİB bu adı Nazarbayevə vermək qərarına gəlib, çünki birliyin yaradılması ideyası məhz ona məxsusdur. İndi belə bir vəzifə olmadığına görə, Qazaxıstanın keçmiş prezidentinin hansı səlahiyyətləri daşıyacağı da hələ məlum deyil. Mayın 29-da Nur-Sultanda keçiriləcək AİB-in sammitində iştirakçı dövlətlərin rəhbərləri birliyin beşinci ildönümünü qeyd edəcək və Nazarbayevin təşkilatın fəxri sədri təyin edilməsi barədə yekun qərar verəcəklər.
2019-cu il martın 19-da Qazaxıstanın prezidentliyindən istefaya gedən Nazarbayev təxminən 30 il hakimiyyətdə olub. Bundan sonra, respublikanın paytaxtı Astana şəhərinin adı onun şərəfinə dəyişdirilmişdir. Hazırda şəhər Nur-Sultan adlanır. Nazarbayev, millətin lideri (Elbaşı) titulunu da daşıyır, həmçinin ömrünün axırına kimi Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri və hakim Nur Otan partiyasının sədri kimi qalacaq.