09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Həsənov: "Söyüş və təhqir heç kimə başucalığı gətirmir..."

23.03.2018

Cəmiyyətimizdə baş verən hadisələr və cərəyan edən proseslərlə bağlı müxtəlif siyasi qüvvələrin, ayrı-ayrı ictimaiyyət nümayəndələrinin konstruktiv müzakirəsini, sağlam polemika və sərbəst fikir mübadiləsini təşkil etmək mənim bundan öncə yazdığım hər iki statusun başlıca məqsədi olmuşdur. Hesab edirəm ki, son iki gündə Feysbuk səhifələrində bu istiqamətdə müşahidə olunan dialoq yaxşı nümunənin başlanğıcı hesab oluna bilər. Ən son olaraq, Tapdıq Fərhadoğlunun "Amerikanın səsi” radiosunun Bakı bürosu üçün hazırladığı materialı da qənaətbəxş təşəbbüs kimi dəyərləndirmək lazımdır.
"Dövran Media" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənov qeyd edib.
"Hamı razılaşar ki, söyüş və təhqir ritorikası, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin alçaldılması heç kimə başucalığı gətirmir, əksinə, bu üsuldan istifadə edənlərin mənəvi və əxlaqi dəyərlərdən yetərincə uzaq düşdüyünü nümayiş etdirir. Virtual məkan öz şəxsi ambisiyalarını hər şeydən üstün tutan, insanların heysiyyatı ilə oynayan, milli-mənəvi dəyərlərimizə hörmətsiz yanaşan insanlar üçün platforma olmamalıdır. Axı cəmiyyətimizdə kifayət qədər sağlam düşüncəli, yüksək intellektə malik, öz dünyagörüşünə, əqidəsinə uyğun fikir bildirməyi və onu müdafiə etməyi bacaran insan var.
Düşünürəm ki, potensialı olan hər bir şəxs, xüsusilə siyasi fəallar, ictimai təşkilatlar və media nümayəndələri bu müzakirələrə qoşulacaq və mövcud xoşagəlməz halların aradan qaldırılmasına, sağlam və konstruktiv mühitin bərqərar edilməsinə öz dəyərli töhfəsini verəcəkdir”.