05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yulia Abibok Zəngilan Diyarşünaslıq Muzeyində - FOTOLAR

16.04.2019

"Dövran Media" xəbər verir ki, işğal olunmuş rayonların tarixi-mədəni irsi və qaçqınların vəziyyəti ilə tanışlıq çərçivəsində Sülh Platformasının rəhbəri Dilara Əfəndiyeva, Humanitar Tədqiqatlar İnstitutunun rəhbəri Əvəz Həsənov, Almaniyadan Müstəqil Sosial Araşdırmalar Mərkəzinin nümayəndəsi Yulia Abibok və Çexiyadan Praqa Krizis Mərkəzinin həmsədri Zamiq Məmmədli Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyinin kollektivi ilə görüş keçirmişlər. 

Görüşdə Zəngilan Diyarşünaslıq Muzeyinin kollektivi  qonaqlara 1993-cü ilin 1 noyabrında Ermənistan tərəfindən işğal edilmiş Zəngilan rayonunun tarixi, mədəniyyəti, qorunub saxlanmış və şəxsi kolleksiyalardan muzeyə hədiyyə edilmiş müxtəlif eksponatlar, eləcə də muzeyin yaranması haqqında maraqlı məlumatlar vermişlər.

"Dövran Media" görüşdən çəkilmiş fotoları təqdim edir: